BAKU, Azerbaijan, November 5. The UN Department
of Economic and Social Affairs highly appreciates Azerbaijan's
continued contributions to strengthening government capacity in
developing countries, UN Under-Secretary-General for Economic and
Social Affairs Li Junhua said, Trend's correspondent reports from the event.


He made the remarks on Thursday, November 5, while addressing
the international summit titled "UN Governance Innovation Summit:
Advancing Future-Ready Institutions."


In his speech he particularly emphasized the One-Stop Government
Service Delivery Project supported by ASAN Service.


He noted that interconnected crises, ranging from climate
emergencies and demographic shifts to economic instability and
rapid technological advances and disruptions, are putting
institutions to the test.


"Citizens everywhere are demanding more amid growing complexity
and resource constraints. They expect the institutions we represent
to be accountable, effective and trustworthy, and governments not
only to address crises but also to proactively anticipate future
risks and opportunities. The UN Sustainable Development Goals
Report 2026 shows that achieving the 2030 Agenda requires
accelerated action across all sectors. The upcoming 2027 SDG Summit
will be a critical moment for all of us to assess progress,
overcome obstacles and scale up successful practices," he said.


According to Li, public services are central to the
implementation of the Sustainable Development Goals (SDGs).


"They are the critical point where policies are translated into
action in people's daily lives. Azerbaijan's ASAN Service is a
leading example of this work and transformation. By prioritizing
service excellence, accessibility and innovation, the ASAN model
has redefined how governments can build trust and respond to
citizens' needs. The international community has recognized this
achievement. Through the 2015 UN Public Service Awards and by
hosting the UN Public Service Forum in Baku in 2019, Azerbaijan
received the UN Special Award for advancing public service delivery
through digital government," Li added.


An international summit titled "UN Governance Innovation Summit:
Advancing Future-Ready Institutions" is being held in Baku.


The summit is being held under a Contribution Agreement signed
between the Government of the Republic of Azerbaijan and the United
Nations in November 2024. It is jointly organized by the State
Agency for Public Service and Social Innovations under the
President of the Republic of Azerbaijan and the UN Department of
Economic and Social Affairs.


Around 200 participants are attending the summit, including
ministers and senior officials from UN member states, senior
representatives of international and regional organizations,
development partners, as well as representatives of the private
sector and academia.


----------


Azərbaycanın dövlət xidmətləri sahəsindəki uğurları yüksək
qiymətləndirilir - BMT rəsmisi







Bakı.Trend:


BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti Azərbaycanın
inkişaf etməkdə olan ölkələrdə hökumətin imkanlarının
gücləndirilməsinə, xüsusilə "ASAN xidmət" vasitəsilə dəstəklənən
"Bir Pəncərə" Dövlət Xidmətlərinin Çatdırılması Layihəsinə verdiyi
davamlı töhfələri yüksək qiymətləndirir.


Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş katibinin müavini
Junhua Li "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə
İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" (UN
Governance Innovation Summit: Advancing Future-Ready Institutions)
adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.


O qeyd edib ki, iqlim böhranlarından demoqrafik dəyişikliklərə,
iqtisadi qeyri-sabitlikdən sürətli texnoloji inkişafa və
pozuntulara qədər bir-biri ilə əlaqəli böhranlar qurumlarımızı
sınaqlarla üz-üzə qoyur.


"Dünyanın hər yerindən vətəndaşlar artan mürəkkəblik və resurs
məhdudiyyətləri fonunda daha çox şey tələb edirlər. Onlar təmsil
etdiyimiz qurumların cavabdeh, effektiv və etibarlı olmasını,
hökumətlərin isə təkcə böhranları həll etməməsini, həm də gələcək
riskləri və imkanları fəal şəkildə proqnozlaşdırmağını
gözləyirlər.


BMT-nin 2026-cı il üzrə Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı
göstərir ki, 2030-cu il gündəliyinə nail olmaq bütün sektorlardan
sürətləndirilmiş fəaliyyət tələb edir. Qarşıdan gələn 2027-ci il
DİM Sammiti hər birimiz üçün nəyi qiymətləndirmək, maneələri aşmaq
və uğurlu təcrübələri miqyaslaşdırmaq üçün həlledici an olacaq",-
deyə o bildirib.


Onun sözlərinə görə, dövlət xidmətləri DİM-lərin həyata
keçirilməsinin mərkəzində dayanır.


"Onlar siyasətin insanların gündəlik həyatında əməliyyata
çevrildiyi həlledici nöqtədir. Azərbaycanın "ASAN xidmət"i bu
fəaliyyətdə və bu transformasiyada əsas nümunə kimi çıxış edir.
Xidmət mükəmməlliyini, əlçatanlığı və innovasiyanı
prioritetləşdirməklə "ASAN" modeli hökumətlərin etimadı necə görə
biləcəyini və vətəndaşların ehtiyaclarına necə cavab verə
biləcəyini yenidən müəyyənləşdirib.


Beynəlxalq birlik bu uğuru tanıyıb. 2015-ci il BMT-nin Dövlət
Xidməti Mükafatları vasitəsilə və 2019-cu ildə Bakıda BMT-nin
Dövlət Xidməti Forumuna ev sahibliyi edərkən Azərbaycan rəqəmsal
hökumətin tətbiqi ilə dövlət xidmətlərinin irəliləyişinə görə
BMT-nin Xüsusi Mükafatını alıb",- deyə Junhuan Li əlavə edib.


Qeyd edək ki, Bakıda "BMT (Birləşmiş Millətlər Təşkilatı)
İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların
İnkişafı" (UN Governance Innovation Summit: Advancing Future-Ready
Institutions) adlı beynəlxalq sammit keçirilir.


2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə
(BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan
sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin
İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə
təşkilatçılığı ilə baş tutur.



Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli
rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli
şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik
dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.