BAKU, Azerbaijan, December 25. For the first
time in the liberated territories, the “From Village to City” New
Year fair will be held in Azerbaijan's Khankendi on December 27-29,
Trend reports via
the Ministry of Agriculture.
The event, orchestrated by Agrarian Supply and Procurement OJSC
under the auspices of the Ministry of Agriculture, is slated for
execution in the urban core over a triad of days.
Farmers from various regions will bring products grown on their
own farms to sell at the fair. The initiative aims to meet
residents’ needs for food and agricultural products ahead of the
New Year and the Day of Solidarity of World Azerbaijanis. Visitors
will have the opportunity to purchase fresh produce at affordable
prices throughout the fair.
This year, similar fairs organized by the company have also been
operating at multiple locations in Baku and in Sumgait, providing
city residents with access to local agricultural products during
the holiday season. The fair near the exit of the Ganjlik metro
station opened on December 20, while the fairs at the exits of
Baku's Ahmadli, Xalglar Dostlugu, Neftchilar, Gara Garayev, Nariman
Narimanov, Elmler Akademiyasi, and Azadlig metro stations, as well
as the fair near the former East Bazaar in Sumgayit, began
operating today. The Ganjlik metro fair will continue serving
visitors until December 30, while the other fairs will remain open
until December 29.
Stay up-to-date with more news on Trend News
Agency's WhatsApp channel
========
Bakı.Trend:
Azad olunmuş ərazilərdə ilk dəfə "Kənddən Şəhərə" Yeni il
yarmarkası təşkil olunacaq. Yarmarkanın 27-29 dekabr tarixlərində
Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin
təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan
gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları
satışa çıxaracaqlar.
Xankəndi şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil
olunmasında məqsəd Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına
olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3
gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd
təsərrüfatı məhsulları ala biləcəklər.
Qeyd edək ki, bu il "Aqrar Tədarük və Təchizat" ASC-nin
təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində
"Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyət göstərir. "Gənclik"
metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka
dekabrın 20-də açılıb, "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər",
"Qara Qarayev", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və
"Azadlıq" metro stansiyalarının çıxışlarındakı yarmarkalar və
Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu
gündən fəaliyyətə başlayıb. "Gənclik" metrosu yaxınlığında yerləşən
yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək
alıcılara xidmət göstərəcək.