BAKU, Azerbaijan, May 22. As many as 80
countries participating in WUF13 have been represented at the
ministerial or deputy ministerial level, Chairman of the State
Committee for Urban Planning and Architecture, National Coordinator
of the 13th session of the World Urban Forum (WUF13), Anar Guliyev,
said at the official closing press conference held within the
framework of the forum, Trend reports.
According to him, an important stage of WUF13 was the renewed
Ministerial Meeting, chaired by Azerbaijan and dedicated to
reviewing the implementation of the New Urban Agenda.
Guliyev noted that 80 of the 111 participating countries were
represented at the level of ministers or deputy ministers, while
the remaining delegations were at the level of ambassadors and
senior officials.
"The thematic panels held after the ministerial meeting created
a platform for more interactive and solution-oriented dialogue on
housing policy, climate resilience, social inclusion, and
multilateral cooperation. The recommendations and exchange of views
that emerged as a result of these discussions made a significant
contribution to the preparation of the chairman's final document
and laid an important foundation for the high-level review meeting
to be held at the UN General Assembly later this year," he
added.
Today marks the final day of the 13th session of the World Urban
Forum (WUF13).
The first day included a ministerial meeting dedicated to the
New Urban Agenda, a ministerial roundtable, assemblies for women
and civil society, business sessions, and discussions on urban
prosperity. An official ceremony marking the raising of the UN and
Azerbaijani flags also took place.
The second day stood out for the inaugural Leaders' Summit,
featuring high-level discussions on the global housing crisis,
urbanization policy, and urban resilience. Concurrently, the
opening of the Mexico City pavilion took place, serving as a
significant platform for expanding cooperation with the Latin
American region and preparing for WUF14.
The third day of WUF13 featured a comprehensive program of
events covering the global housing crisis, the formation of safe
and inclusive cities, climate resilience, artificial intelligence
and urban governance, green urbanization, social equity, and
sustainable transport.
One of the highlights of the third day was the signing of a
sister-city memorandum between the Azerbaijani city of Shusha and
the Turkish city of Trabzon.
The fourth day of WUF13 featured a broad program of events
dedicated to urbanization, climate change, inclusive urban
development, housing policy, and sustainable governance.
The fifth day of WUF13 continued discussions on the global
housing crisis, the creation of safe and inclusive cities, climate
resilience, the use of artificial intelligence in urban management,
green urbanization, and social equality.
One of the important events of the UN Special Programme for the
Economies of Central Asia (SPECA) Cities Forum, held on the fourth
day, was the announcement of Almaty’s official accession to the
“Declaration of Intent on the Establishment of the SPECA Smart
Climate-Resilient Cities Forum.”
Also, for the first time in WUF history and at Azerbaijan’s
initiative, the “WUF13 NGO Forum: Global Partnership and
Decision-Making” was held.
WUF13, which has attracted more than 40,000 registered
participants from 182 countries, will continue until May 22. Held
under the theme “Housing the world: Safe and resilient cities and
communities,” the forum brings together governments, international
organizations, experts, and representatives of civil society to
strengthen global cooperation in the field of sustainable urban
development.
----------------
WUF13-də iştirak edən 111 ölkədən 80-i nazirlər və ya nazir
müavinləri səviyyəsində təmsil olunub
Bakı. Trend:
WUF13-ün digər mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə
keçirilən və Yeni Şəhər Gündəliyinin icrasının nəzərdən
keçirilməsinə həsr olunan yenilənmiş Nazirlər Görüşü oldu.
Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan
rəsmi bağlanış mətbuat konfransında deyib.
A.Quliyev bildirib ki, iştirak edən 111 ölkədən 80-i nazirlər və
ya nazir müavinləri səviyyəsində təmsil olundu, digər nümayəndə
heyətləri isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində
iştirak etdilər.
"Nazirlər görüşündən sonra keçirilən tematik panellər mənzil
siyasəti, iqlim dayanıqlılığı, sosial inklüzivlik və çoxtərəfli
əməkdaşlıq mövzularında daha interaktiv və həll yönümlü dialoq
platforması yaratdı. Bu müzakirələr nəticəsində formalaşan
tövsiyələr və fikir mübadiləsi sədrin yekun sənədinin
hazırlanmasına mühüm töhfə verdi və bu ilin sonunda BMT Baş
Assambleyasında keçiriləcək yüksək səviyyəli baxış iclası üçün
mühüm zəmin yaratdı".
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
sonuncu günü keçirilir.
Forumun yekun gününün proqramı yerli xalqların və qadınların
şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla
başlayacaq.
Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr
olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi
mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi
keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet
təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi
mərasimi təşkil ediləcək.
Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində
aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma,
mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirəcəklər.
WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq,
süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya
və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.
Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün
keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin "SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumu"nun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsinə qoşulduğu elan olunub.
Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə
Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş
tutub.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-də yekunlaşır. "Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunan
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edib.